"Mahkum"un çəkilişləri dayandırıldı

"Mahkum"un çəkilişləri dayandırıldı

Türkiyəli aktyor Onur Tuna koronavirusa yoluxub. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı aktyor sosial şəbəkəsində paylaşıb.

Bu səbəbdən aktyorun baş rolunu canlandırdığı "Mahkum" serialının çəkilişləri təxirə salınıb.

Qeyd edək ki, layihədə digər əsas rolları aktyorlar Seray Kaya və Melike İpek Yalova paylaşır.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə