“Qaya” məşqlərindən və əfsanəvi yeməklərindən danışdı

“Qaya” ləqəbi ilə tanınan məşhur aktyor Dueyn Conson məşqləri və “əfsanəvi” yeməkləri haqqında danışıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, onun müsahibəsini “Men's Journal” nəşr edib.

Consonun sözlərinə görə, o, günə acqarına kardio məşqlərlə başlayır və ancaq bundan sonra yemək yeyir: “Mən gündə 6-7 dəfə yemək yeyirəm. Rasionumu mümkün qədər balanslı saxlamağa çalışıram, tərkibində zülallar, karbohidratlar, yaxşı yağlar - və bəzən də günün düzgün vaxtında şəkər olmasına diqqət edirəm”.

49 yaşlı aktyor bildirib ki, pəhrizi onun qarşıdakı həftə, ay və il üçün qısa və uzunmüddətli planlarından asılı olur, bəzən isə çəkilişlərə hazırlaşarkən dəyişə bilər.

Həftədə bir dəfə Conson özünə istirahət etməyə və ciddi pəhrizdən yayınmağa icazə verir. O, bazar günü yeməklərini “əfsanəvi” adlandırıb.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə