Müğənni Eceni tənqid edənlərə səslənib

Müğənni Günel Zeynalova həyat yoldaşı Şafak Mahmutyazıcıoğlu güllələnərək öldürülən Ece Erkənə dəstək olub. SİA xəbər verir ki, sənətçi Eceni tənqid edənlərə səslənib.

““Əcəb oldu” yazırlar. Bir insan, bir həyat yoldaşı, bir övlad, ata öldü. Tanımıram, amma çox üzüldüm, şok oldum, bir can almaq bu qədər asan olmamalıdır. Allah rəhmət eləsin, səbir diləyirəm. İnsanlığımızı harada itirdik, bilən var? Axtarmağa gedəcəm, tapsam, nə gözəl. Hər ölümdən sonra acılarınızı yarışdırmaqdan və sizə bənzəmir deyə, insanları təhqir etməkdən əl çəkin. Acının rəngi, dili, irqi yoxdur. Kimin gözyaşı kirpiyindən düşüb yanağına düşürsə, qismətdir. Qismət bizim də taleyimizdir" deyə Günel paylaşımında bildirib.

Qeyd edək ki, Şafak Yeşilköydə restoranlardan birindən çıxarkən gecə Türkiyə saatı ilə 00:30 radələrində adı açıqlanmayan şəxs və ya şəxslər tərəfindən güllələnib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə