Vüsalə Sezen Aksuya dəstək çıxdı

Türkiyəli müğənni Sezen Aksunun “Şahane bir şey yaşamak” adlı mahnısındakı “Salam söyləyin o cahil Həvva ilə Adəmə” ifadəsi insanlar arasında böyük narazılığa səbəb olub.
SİA xəbər verir ki, aparıcı Vüsalə Əlizadə “7 canlı” proqramında Sezen Aksuya dəstək olub.

“Xalq artisti Brilliant Dadaşovanın fikri ürəyimcə oldu. Din olmayanda insanlar özlərini dərk etməyib, nəfsinin qurbanı olub. Hazırda insanlar nəfsinin qurbanı ola-ola gedir. Sənətkar da bunu canlandırmaq istəyib” deyə Vüsalə bildirib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə