"Hiss"in yeni layihəsi diqqətləri üzərinə çəkib

"Hiss"in yeni layihəsi diqqətləri üzərinə çəkib

“Hiss” ləqəbi ilə məşhurlaşan müğənni Röya Məmmədova yeni layihəsi ilə diqqət çəkib. SİA xəbər verir ki, sənətçinin məşhur “Warner music group” şirkətinin leybolu altında “Belə” adlı klipini təqdimatı baş tutub.

Müğənnilər Elçin Cəfərov, Nura Suri, Hacı Nazim Hissi yalnız qoymayıblar. Onlar sənətçinin Türkiyədəki klip təqdimatında iştirak ediblər. Daha sonra sosial şəbəkə hesablarında bununla bağlı paylaşımlar edərək, ona dəstək olduqlarını qeyd ediblər: “Baxın biz beləyik, sonra deməyin ki şou-biznes mehriban deyil. İstanbulda bizim gözəl Hissimizin klip təqdimatıdır”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə