Lolita koronavirusa yoluxdu

Rusiyalı müğənni Lolita Milyavskaya koronavirusa yoluxub. SİA xəbər verir ki, bu barədə o, “Instagram”ın hekayə bölməsində paylaşım edib. Məşhur deyir ki, “Omikron”a yoluxub. “Yaxşı ki, peyvənd olunmuşam, ona görə də yüngül formada keçir” deyə ifaçı əlavə edib.

Milyavskayada xəstəliyin simptomları öskürək və boğuq səsdir. Sənətçinin xəstəliyi səbəbindən Müasir Teatrda nümayiş olunan “Jenitba” tamaşası ləğv edilməli olub.

Qeyd edək ki, Lolita orada əsas rolu-hələ də ailə həyatı qura bilməyən “əbədi gəlin” Aqafya Tixonovnanı oynayır.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə