"Nə qədər gizlədəcəyiksə, daha çox mətbuatın marağında olacayıq" - MƏŞHUR APARICI BİLDİRDİ
Aparıcı, aktyor İlkin Həsəni ailəsinin görüntülərini sosial şəbəkədə paylaşmasından danışıb. SİA xəbər verir ki, o, bu haqda “Səhər mərkəzi” proqramında bəhs edib. İlkin bildirib ki, qızının şəkillərini yayımlamasına səbəb ona olan maraq olub:
“Bir il heç nə paylaşmadım. Gördüm ki, bu mətbuata daha maraqlı olur, axtarırlar. Bir dəfə Yeni il ağacının yanında qızımın şəklini yayımladım, orda oyuncağın üstündə üzü düşüb. Səhəri yazılar yayıldı ki, “İlkin qızının üzünü göstərdi”. Nə qədər gizlədəcəyiksə, daha çox mətbuatın marağında olacayıq. Axtaracaqsız ki, paylaşaq, amma 1 yaşından sonra fotoların paylaşdım. Hamı yayımladı və bitdi. Ondan sonra nə qədər şəkil qoysam da media yayımlamır. Bu gün nifrəti qusmaq üçün nə qədər adam var. Qızılgül qoysan belə girib yazacaqlar ki, bunu niyə qoymuşunuz?”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB