Müğənni Pərvin Lətifov “Azəriqaz” dan şikayətçi olub. SİA xəbər verir ki, sənətçi bu barədə sosial media hesabında paylaşım edib: “Bu gün çox maraqlı bir məsələ ilə rastlaşdım. Deməli, “Azəriqaz” hansısa səbəbdən qazı kəsir və sənin sayğacın kilidlənir. Zəng edirsən, 20 dəqiqədən sonra telefonun o başından bir zarımaq səsi gəlir. Deyirsən ki, vəziyyət budur. Deyir ki, iki manat yüklə açılsın. Mənim iki manatım yoxdur, donum? Telefona cavab verən şəxs isə “O sənin öz problemindir, istədiyin qədər qışqır” dedi. Çox maraqlıdır, iki manat olmasa və ya ödəmə terminalı uzaqda olsa, bu insan ailəsi ilə birlikdə soyuqdan donmalıdır?” deyə, o, bildirib.
Müəllif: Rüqəyya Orucova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB