İngiltərənin Esseks şəhərinin sakini Line Vilson çəkisini ataraq 170 kq-dan 85-ə düşməyə müvəffəq olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniyanın ən seksual qadın poçtalyonlarından birinə çevrilən qadının hekayəsi qəzetlərdə nəşr olunub. 37 yaşlı Line çəki problemlərinin uşaqlıqdan başladığını və heç vaxt pəhrizinə əməl etmədiyini bildirib. Daim "fast fud" yeyir, çips və şirniyyatlar, qəlyanaltılar qəbul edirmiş. Onun 18 yaşı olanda çəkisi 152 kiloqrama çatıb.
Sağlamlıq problemlərindən, o cümlədən şəkərli diabetdən əziyyət çəkən Vilson həkimə müraciət etmək qərarına gəlir. Terapevt də ona məyusedici proqnoz verir ki, o, arıqlamadığı təqdirdə 21 yaşında həyatını itirə bilər. Nəticədə də Line arıqlamağa qərar verir və bunu bacarır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB