Məşhur müğənninin oğlu əməliyyat olundu

Türkiyəli müğənni İbrahim Tatlısəsin birinci həyat yoldaşı Adalet Tatlıdan olan böyük oğlu Əhməd Tatlısəs əməliyyat olunub. SİA xarici mətbuata istinadən bildirir ki, səhhətində olan ciddi problem ilə mübarizə aparan Ahmet Tatlısəsin vəziyyəti ilə bağlı hələlik heç bir açıqlama verilməyib. Xəstəxanaya ilk gələn İdo Tatlısəs olub.
Qeyd edək ki, İbrahim Tatlısəsin 7 övladından biri olan Ahmet Tatlı bir müddət məşhur müğənni Ceylanla nikah masasına otursa da cütlüyün evliliyi uzun sürməyib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə