"Mənim şəxsi həyatım iki və ya üç mövsümlük serial ola bilər"
İngiltərə çempionatında iştirak edən "Hull City"i alan türkiyəli iş adamı Acun Ilıcalı İngiltərədə ilk müsahibəsini verib. SİA xarici mətbuata istinadən bildirir ki, Acun Ilıcalı İngiltərə mətbuatına şəxsi həyatı ilə bağlı açıqlama verib və İngiltərədə tarix yazmaq istədiyini bildirib. Acun Ilıcalı DailyMail-ə verdiyi müsahibədə iş həyatından tutmuş şəxsi həyatına qədər hər sualı cavablandırıb. “Şəxsi həyatım iki-üç mövsümlük serial ola bilər” deyən Ilıcalı, “Şəxsi həyatım bir az maraqlı olduğu üçün Türkiyədə 10 il dalbadal ən çox xəbərlərə çıxan adamam" açıqlamasını verdi.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB