Məşhur aktrisa evlənir

Amerikalı aktrisa və model Meqan Foks gənc müğənni Maçine Gan Kelli üçün həyat yoldaşından boyanmış və gənc sevgilisi ilə eşq yaşamağa başlayıb. SİA xarici mətbuata istinadən bildirir ki, sevgisinə görə evliliyinə son qoyan Foks Maçine Kelli ilə tanış olanda onun "ruh əkizi" olduğunu açıqlayıb. Tez-tez pozalarını sosial şəbəkədə paylaşan cütlük evlənmək qərarına gəlib.

Meqan Foks sevgilisinin ona evlilik təklifi etdiyi anları paylaşaraq bunları yazıb: "Bu qədər qısa, çılğın zamanda birlikdə yaşayacağımız ağrılardan xəbərsiz idik. Münasibətimizin bizdən tələb etdiyi işlərdən və fədakarlıqlardan xəbərsiz idik, amma sevgidən sərxoş olmuşduq. Nə isə, il yarımdan sonra cəhənnəmi birlikdə keçdikdən sonra məndən onunla evlənməyi xahiş etdi".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə