Türkiyəli aktrisa koronavirusa yoluxub

Türkiyəli aktrisa koronavirusa yoluxub

Türkiyədə yeni çəkilən “Üç Kuruş” serialından daha bir bəd xəbər gəldi. Uraz Kayqılaroğlu və rejissor Sinan Öztürkdən sonra Nesrin Cavadzadə də virusa yoluxub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, aktyorların koronavirusa yoluxması səbəbindən serial çəkilişləri bir-bir ləğv edilir. Gökhan Alkan da virusa yoluxub. Oynadığı serial məcburi məzuniyyətdə idi. Daha bir bəd xəbər Alkanın ailə qurmağa hazırlaşdığı nişanlısı Nesrin Cavadzadədən gəlib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə