Müğənni eşq iddialarına cavab verdi

Müğənni eşq iddialarına cavab verdi

54 yaşlı müğənni Teomanın 36 yaşlı aktrisa Gülcan Arslanla eşq yaşadığı iddia edilib. SİA xarici mətbuata istinadən bildirir ki, Teoman haqqında çıxan xəbərlə bağlı şok açıqlama verib. Tanınmış müğənni jurnalistlərin eşq iddiaları ilə bağlı olan suallarına cavab verib. Teoman və Gülcan Arslanın keçən həftələrdə özəl məclisdə yaxın və səmimi olduqları iddia edilib. Teoman Gülcan Arslanın rəqs etdiyi anları şəxsi sosial media hesabında paylaşıb. Müğənni məşhur aktrisanı tanımadığını deyərək hər kəsi təəccübləndirib. Teoman "Cəfəngiyatdır. Mən qızı tanımıram. Dostumun çəkdiyi görüntüyü paylaşdım". Teoman bu sözlərlə sevgi xəbərini təkzib edib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə