Onur Tuna iddiaları yalanladı

“Məhkum” serialının baş rol ifaçılarından olan türk aktyoru Onur Tunanın koronavirusa yoluxduğu iddia edilib.

SİA xarici mətbuata istinadən bildirir ki, iddialardan sonra Onur Tuna “instaqram” səhifəsində açıqlama verib.
İddialara görə, Onur Tunanın koronavirus testinin müsbət çıxdığı və “Məhkum” serialının çəkilişlərinin təxirə salındığı bildirilib. Onur Tuna bu ifadələri işlətdi: “Dostlar, mən korona deyiləm. Səhər yüksək hərarətlə oyandım. Ancaq bütün testlərim mənfi çıxdı”.
Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə