Videosunu “Qaraçı stilimi sevirəm” sözləri ilə paylaşan məşhur türk müğənnisi Aleyna Tilki reaksiya çəkib. SİA xarici mətbuata istinadən bildirir ki, tənqidlərlə bağlı açıqlama verən Tilki "Məqsədim ürəkləri qırmaq deyildi" deyərək diqqət çəkib.
Aleyna Tilki 2 milyon 700 min izləyicisi olan "İnstaqram" hesabında Roman havası ilə video paylaşaraq “Səhnə kulislərində evcilik oynayırıq. Məhəllədə saç ustası oldum. Mən qaraçı üslubumu sevirəm” deyə yazıb. Bu sözlər sosial şəbəkədə böyük reaksiya toplayıb. Aleyna Tilki "Sizə o qədər əhəmiyyət verirəm ki, cavab vermək məcburiyyətində qaldım. Mən qaraçıları sevirəm, çünki onlar da mənim azad ruhuma müraciət edirlər. Onları təhqir etmək heç vaxt məqsədim olmayıb" deyə, açıqlama verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB