Hadisə yeni müqavilələr imzalayıb

Hadisə yeni müqavilələr imzalayıb

Məşhur türk müğənnisi Hadisə 2022-ci ilə Kiprdə girib və 1 milyon TL qazanıb. Hadisə artıq gələn il üçün müqavilə imzalayıb. SİA xarici mətbuata istinadən bildirir ki, Hadisə hətta avans da alıb. Hadisə 2022-ci ili Kiprdə səhnədə qarşılayıb və bunun qarşılığında 1 milyon TL qazanıb. 2021-ci ildə konsertdən konsertə qaçan Hadisə bu il də sürətini azaltmayacaq. O, artıq dekabrın 31-nə keçən gecə üçün müqavilə bağlayıb. Bəli, onun 2022-ci ilin son saatlarında və 2023-cü ilin ilk saatlarında harada səhnəyə çıxacağı bəllidir.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə