Məşhur türk aktyoru koronavirusa yoluxub

Məşhur türk aktyoru koronavirusa yoluxub

Türkiyənin "Çukur" serialındakı Aliço obrazı ilə adından söz etdirən aktyor Rıza Kocaoğludan pərəstişkarlarını kədərləndirən xəbər gəlib. Rıza Kocaoğlu xəbəri sosial media səhifəsində paylaşaraq açıqlayıb. SİA xarici mətbuata istinadən bildirir ki, məşhur aktyor sosial media hesabından koronavirusa yoluxduğunu qeyd edib.

Rıza Kocaoğlu “instaqram” hesabının hekayə bölməsində “Salam "omikron”" paylaşımı izləyiciləri tərəfindən şərhlərə tutulub.

“Çukur”, “Ya İstiklal Ya Ölüm”, “İçerde” kimi məşhur seriallarda rol alan Rıza Kocaoğlu müalicəsini evində davam etdirir.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə