Türkiyəli model Çağla Şikel və müğənni Emre Altuğ 2015-ci ildə birgə qərar verərək evliliklərini bitiriblər. SİA xarici mətbuata istinadən bildirir ki, Emre Altuğ və Çağla Şıkel övladları ilə Yeni il gecəsi yeməyində görüşüblər. 2015-ci ildə 7 illik evliliklərini bitirən model Çağla Şıkel və müğənni Emre Altuğ nümunəvi ailə olub. Uşaqları Uzay və Kuzey üçün hər zaman bir araya gələn Şikel və Altuğ nəhayət Yeni il yeməyinə çıxıblar.
51 yaşlı Emre Altuğ keçmiş həyat yoldaşı və oğulları ilə çəkdirdiyi pozanı "İnstaqram" hesabında "Yeni ilin əvvəli" qeydi ilə yayımlayıb. Gözəlliyi ilə illərə meydan oxuyan Çağla Şıkel sosial media hesabının hekayələr bölməsində "Yeni iliniz mübarək" qeydi ilə eyni kadrı paylaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB