Türkiyəli aktrisa Beren Saat bir brendin reklam çəkilişi üçün üslubunu dəyişib. Yeni imici ilə diqqət çəkib. SİA xarici mətbuata istinadən bildirir ki, Beren Saatın çəkiliş üçün geyindiyi kostyumun qiyməti diqqət çəkib. Son olaraq "Atiye" serialında rol alan Beren Saat bir müddətdir ki, ekranlardan uzaq düşüb. 37 yaşlı gözəl yeni il öncəsi etdiyi reklam müqaviləsi ilə adından söz etdirib.
Məşhur aktrisa tünd rəngli saçlarını parlaq sarıya boyadıb. Daha sonra o "çolka" kəsdirib. Aktrisa qızılı rəngdə köynəyini 13 min türk lirəsinə alıb. Geyimin qiyməti çoxlarını təəccübləndirib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB