“Burnumdan gətirdilər”

Məşhur türkiyəli aktrisa Hülya Avşar Belqrad meşəsində görüntülənib. SİA xarici mətbuata istinadən bildirir ki, onun "Məsumiyyət" serialı ilə bağlı etirafı şou-biznes gündəmini zəbt edib. Avşar, "Çox mənasız şeylər yaşadıq. Bir sınayım dedim, burnumdan gətirdilər" dedi.

Pərəstişkarlarının şəkil çəkdirmək istəyini rədd etməyən Hülya Avşar fotosessiyadan sonra oradan uzaqlaşmağa başlayıb və izdiham “Mavi Mavi” mahnısını bir ağızdan oxumağa başlayıb.

Baş verənlərə təəccüblənən Hülya Avşar pərəstişkarlarının bu jestini alqışlarla qarşılayıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə