Mükafatlar öz sahiblərini tapdı

ABŞ-ın Los-Anceles şəhərindəki Microsoft Stage səhnəsində pərəstişkarların səsverməsi ilə müəyyənləşən American Music Awards sahiblərini tapıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Cənubi Koreyanın pop qrupu BTS mərasimi qeyd edib.

Qrup "İlin Pop Mahnısı" və "İlin Qrupu" daxil olmaqla üç mükafat qazandı. Onların aldıqları "İlin artisti" mükafatı AMA tarixində ilk dəfə olaraq Asiya qitəsinə getdi.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə