Məşhur aktrisa dünya üzrə 220-ci yerə çıxıb

Məşhur aktrisa dünya üzrə 220-ci yerə çıxıb

Türkiyənin "Yargı" serialındakı rolu ilə səs-küy salan türkiyəli məşhur aktrisa Pınar Dəniz dünya üzrə 220-ci yerə çıxıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Pınar Dəniz aktrisalığı ilə 11 milyondan çox adın yer aldığı IMDB-nin dünya reytinqində 220-ci olub.

Qeyd edək ki, Pınar Dəniz bu yüksəlişlə Türkiyədə 1-ciliyini qoruyaraq dünya sıralamasında ilk 250 ad arasında yer almağı bacaran 12-ci türk aktrisa olub.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə