Sevgilisi hamını təəccübləndirdi - FOTOLAR

ATV-nin rekord qıran "Kardeşlerim" serialında Melisa obrazını canlandıran Damla İkizoğlu uğurlu aktrisalığı ilə yanaşı gözəlliyi ilə də ad çıxarıb. Gözəl aktrisa indi sosial şəbəkədəki paylaşımı ilə diqqət mərkəzinə düşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İkizoğlu sevgilisi ilə verdiyi pozaları İnstaqram səhifəsində "Uğurlar" qeydi ilə paylaşıb. Bir çox sosial media istifadəçisinin böyük marağına səbəb olan paylaşıma "Damla aşiq olub" şərhləri edilərkən, məşhur aktyorun sevgilisinin kim olduğunu ilk dəfə öyrənənlər təəccüblərini gizlədə bilməyiblər.

Qeyd edək ki, gözəl aktrisa uzun müddətdir ki, türkiyəli aktyor Oral Özərnən eşq yaşayır.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...