Özcan Dəniz keçmiş həyat yoldaşı tərəfindən döyülüb - VİDEO

Türkiyəli məşhur müğənni Özcan Dənizin keçmiş həyat yoldaşı Feyza Aktan tərəfindən döyüldüyü anların görüntüləri ortaya çıxıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, kadrlarda Aktanın Dənizə şillə vuraraq paltarını cırdığı görünür.

İddialara görə, aktrisa Özcan Deniz oğlunun məktəbə getmədiyinin səbəbini öyrənmək üçün 15 sentyabrda keçmiş həyat yoldaşı Feyza Aktanın evinə gedib. Dəniz evə getdikdən bir müddət sonra ikisi arasında mübahisə yaranıb. Evin qapısı önündəki müzakirədə Aktan Dənizə şillə vurub və paltarını cırıb. Hadisədən sonra Dəniz polis idarəsinə gedərək Aktandan şikayət edib. Cütlüyün müzakirə anları təhlükəsizlik kamerasına əks olunub. Həmin görüntüləri sizə təqdim edirik:

Aytac Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə