Nurgül Yeşilçayın yeni serialına yalnız 50 nəfər baxa biləcək

Türkiyəli məşhur aktrisa Nurgül Yeşilçay, sevgilisi türkiyəli film produseri Necati Kocabayın altı aydır üzərində çalışdığı sürpriz bir layihəyəyə imza atıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, foto roman məntiqində kamera əvəzinə fotoaparat istifadə edildiyi dünyada ilk olan yeddi hissədən ibarət "Poz" mini seriyası NFT olaraq noyabr ayından etibarən satışa çıxarılacaq.

45 yaşlı aktrisa ssenarini yazıb və seriala rəhbərlik edib. Epizodlar 3-4 dəqiqə davam edəcək. Epizodların axını yalnız fotoqrafiya və fotoqrafiyanın bütün imkanlarından istifadə etməklə təmin edilib. Yalnız 50 nəfərin sahib olacağı serialın NFT ( bənzərsiz rəqəmsal varlıq) olaraq 8600 dollar satış həcminə sahib olacağı öyrənilib.

Aytac Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə