Elon Musk Tesla fabriklərini Marsa köçürür?

​Hissədarlarına qarşıdakı 40 il ərzində Marsda Telsa fabrikaları qurmaq istədiyini söyləyən Elon Musk, "Ölməmişdən əvvəl orada bir fabrik görmək istəyirəm" deyib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Tesla və SpaceX -in baş direktoru Elon Musk, Marsı kolonizasiya etməyi, Qırmızı Planet üçün maşınlar qurmağı planlarına əlavə edib.

​Hissədarlardan birinin Teslanın “planetdən kənar” avtomobillər istehsalına nə vaxt başlayacağı ilə bağlı sualını cavablandıran Musk, “Teslanın planetdənkənar ilk fabrikasından illərlə geridə qalmışıq. Demək istəyirəm ki, ölməmişdən əvvəl fabrikalardan birini görmək istərdim, 40 il ərzində qura bilsək əla olar" deyib.

​Hal -hazırda Tesla dünyada biri Fremont-Kaliforniyada, biri Sparks-Nevadada, biri Buffalo-New Yorkda və digəri də Çinin Şanxay şəhərində olmaqla 4 istehsal müəssisəsinə malikdir. Əlavə olaraq, “Giga Texas” olaraq bilinən daha iki obyekt Almaniyanın paytaxtı Berlində və Texas əyalətinin Austin şəhərində inşa edilir.

Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə