Demet Akalının sözləri Gülben Ergeni dəli etdi - FOTO

Demet Akalının sözləri Gülben Ergeni dəli etdi - FOTO

Adı qalmaqaldan geri çəkilməyən Türkiyəli məşhur müğənni Demet Akalın çıxışında bu səfər Türkiyəli həmkarı Gülben Ergeni hədəf alıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ötən axşam Muğlada konsert verən Demet Akalın yeni məqsədinin bir kənddə məktəb tikmək olduğunu açıqlamışdı.
Məşhur müğənni "Antalyada evi yanan bir xalaya evini tikdim. İndi bir kənd məktəbi tikirəm. Amma bunu Gülben kimi adamlardan pul yığmaqla deyil, öz pulumla edirəm" deyib. Demet Akalının bu sözləri Gülben Ergeni çox qəzəbləndirib.

Gülben Ergen haqqında yayılan xəbərləri "sanki zarafat idi" kimi şərh edən Demet Akalına verdiyi cavab gecikmədi: "Bir zarafat eyni anda iki tərəfin güldüyü bir vəziyyət deyilmi? Birliyimizi və mənim işimi illərdi ən yaxşı bilən insanlardan birisən" deyə cavab verib.

Aytac Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə