Doğumuna bir neçə gün qala Bergüzer Koreldən parti keçirib - FOTO

Doğumuna bir neçə gün qala Bergüzer Koreldən parti keçirib - FOTO

2009-cu ildə evlənən türkiyəli məşhur aktyorlar Bergüzar Korel və Halit Ergenç üçüncü övladını qucaqlamaq üçün geri saymağa başlayıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Əli və Han adlı iki oğlu olan cütlük bu dəfə qız uşağı gözləyir. Partiyə məşhurlar axın edib. Dəvətə evləndirmə verlişi ilə tanınan türkiyəli aparıcı Esra Erol,Türkiyəli məşhur aktrisa İrem Kahyaoğlu kimi bir çox məşhur ad qatılıb. Ziyafətdə ağ paltar geyinməyi üstün görən Korel yaxın dostları ilə obyektivə keçməyi də unutmayıb. Xoşbəxt anında onu tək qoymayan dostlarına təşəkkür edən məşhur aktrisa "İnstaqram" hesabında bu anları izləyiciləri ilə bölüşüb.

Aytac Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə