Türkiyəli məşhur aktrisa ilə yaraşıqlı məşhur müğənni ilə eşq yaşadığı iddiaları gündəmə gəlmişdi. SİA xarici mətbuata istinadən xəbər verir ki, Tuba Büyüküstün türkiyəli musiqi qrupu Athenanın konsertində müxbirlərin suallarını cavablayan aktrisa Murat Bozla eşq yaşadığı iddialarına belə cavab verib: “Adımı hamı ilə çəkirlər. Belə bir vəziyyət yoxdur. Çox şey yazılıb. Amma bu doğru deyil ”.
Tabloid mətbuatında Murat Boz və Tuba Büyüküstün birlikdə yemək yedikləri və gəmidə səyahət edərkən göründükləri xəbərləri var idi.
Aytac Əliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB