Mustafa Sandal romantik poza verib - FOTO

Mustafa Sandal romantik poza verib - FOTO

Uzun müddətdir bir küsülü, bir barışıq sevgidə olan türkiyəli məşhur müğənni Mustafa Sandal və sevgilisi yüksək cəmiyyət gözəli Melis Sütşurup birlikdə tətilə çıxıblar. SİA xarci mətbuata istinadən xəbər verir ki, 32 yaşlı Sütşurup sevgilisi ilə birlikdə çəkdirdiyi pozu izləyicilərinə təqdim edib. Bu yaxınlarda keçmiş həyat yoldaşı Bosniya əsilli serb müğənnisi Emina Jahoviçin, Mustafa Sandalın evlilik dövründə aldığı bütün daşınmaz əmlakı anasının adına qeydiyyata aldığını iddia etmişdi, Mustafa Sandala sevgilisi ruh yüksəkliyi verib. Melis Sütşurup 51 yaşlı Sandal ilə şəkilini "İnstaqram" hesabında paylaşıb, həmin sevgi dolu fotoşəkildə "Sehrli" qeydini buraxıb.

Sevgilisinin paylaşımına biganə qalmayan iki uşaq atası Sandal "Kitos adasında sevgi fərqlidir" cavabını verib.

Aytac Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə