Ronaldonun təcavüz etdiyi iddia edilib

Ronaldonun təcavüz etdiyi iddia edilib

Cristiano Ronaldonun Kathryn Mayorgaya 12 il sonra təcavüz etməkdə günahlandırıldığı qalmaqala çevrilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 12 il sonra Cristiano Ronaldonun təcavüz iddiasında yeni bir problem ortaya çıxıb. Ronaldonun ona təcavüz etdiyini iddia edən Kathryn Mayorganın bu iddiası Portuqaliyalı futbolçu və vəkilləri tərəfindən rədd edilib.

Mayorga, Ronaldonun 25 yaşında olduğunu və bir gecə klubunda görüşdüklərini, sonra Ronaldonun otel otağında ona təcavüz etdiyini ifadə edib.

Ronaldo isə münasibətin qarşılıqlı razılıq əsasında qurulduğunu və təcavüz iddiasını qəti şəkildə rədd etdiyini də bildirib.

Ruqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə