ABŞ-da dünyaca məşhur müğənni Madonna Jimmy Fallonun təqdim etdiyi Tonight Show-a qatılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, sənədli filmi haqqında məlumat verən Madonna canlı yayımda etdiyi hərəkətlə hər kəsi təəccübləndirib.
Jimmy Fallon, Madonnadan sənədli filmi izləyənlərin nə əldə edəcəyini soruşduqda, sənətçi "Sənət həyatımızda önəmlidir. Düşünmürəm ki, insanlar bunu kifayət qədər vurğulasınlar. Yazıçı James Baldwindən həqiqətən ilham alıram” deyə qeyd edib. Sonra Madonna qəfildən qalxaraq aparıcının masasına uzanıb.
Şok keçirən aparıcı pencəyini çıxarıb Madonnanın açıq bədən üzvlərini örtməyə çalışıb. O anlar ekran arxasındakı tamaşaçıları şoka salıb.
Ruqəyya Orucova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB