Türkiyəli məşhur aktyor Furkan Andıç “Youtube”da yayımlanan “İbrahim Səlimlə Bu axşam” proqramının qonağı olub.
SİA xarici mətbuata istinadən xəbər verir ki, 31 yaşlı yaraşıqlı aktyor bir zamanlar yaşadığı rədd edilmə hekayəsini danışıb. Belə ki, aktyora " heç rədd edildinmi?" sualı verilib və Furkanın bu suala cavabı gündəm olub. "Çox kədərli bir hekayəm var. Bir zamanlar bir qızı çox bəyənməyə başladım. “Nə deyə bilərəm ki?” deyə, düşünürdüm. Birdən cəsarətimi toplayıb onunla üz-üzə gəldim və hisslərimi ona etiraf etdim. Amma qız məni rədd edərək ən yaxın dostunun mənə aşiq olduğunu söylədi”.
Aytac Əliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB