Nəzrin Cavadzadə və Gökhan Alkan ayrıldı? SİA xarici mətbuata istinadən xəbər verir ki, serialın çəkilişində başlayan eşq macərası, eniş -yoxuşlarla davam edən azərbaycanlı aktrisa Nəzrin Cavadzadə və türkiyəli aktyor Gökhan Alkan münasibətləri ilə diqqət mərkəzində olmağa davam edir. Sosial mediada tez -tez xoşbəxtlik pozaları verən ikili, bu yaxınlarda ailə həyatı qurmaq üçün hərəkətə keçmişdi. Nəzrin Cavadzadəyə evlilik təklifi edən Gökhan Alkan "Bəli" cavabını almışdı. Ancaq son vaxtlar Nəzrin Cavadzadə ilə Gökhan Alkan arasında mübahisə etdikləri və yollarını ayırdıqları barədə şayiələr yayılıb. Gökhan Alkan iddialara sosial media hesabında paylaşdığı şəkil ilə cavab verdi.
Məşhur ikilinin həmin şəkilinə minlərlə bəyənmə gəlib.
Aytac Əliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə