Yaş fərqi sualına cavabı bir gündəm oldu

Yaş fərqi sualına cavabı bir gündəm oldu

Türkiyəli məşhur aktyor Tolqahan Sayışmanın həyat yoldaşı "2008 Kainat Gözəli" seçilən Almeda Abazinin paylaşımları gündəminə damğa vurub. SİA xarici mətbuata istinadən xəbər verir ki, təxminən 5 ay əvvəl qızı Alinanı dünyaya gətirən və ikinci dəfə ana olmaqdan xoşbəxt olan aktrisa Almeda Abazi sosial media hesabından aktiv istifadə edən adlardan biridir. Almeda Abazi dünən axşam "İnstaqramda" izləyicilərinin suallarını cavablandırıb. İki uşaq anası olan gözəl aktrisanın həyat yoldaşı Tolqahan Sayısmanla yaş fərqi ilə bağlı suala verdiyi cavabla gündəmə çevrilib. “Həyat yoldaşınızla aranızda 11 yaş fərq olmasının çox mənfi cəhətləri var?" sualını cavablandıran Almeda Abazi "Tolqa eşitməməlidir, bəzən bəli" cavabı ilə gündəmə bomba kimi düşüb.

“Survivor All Star" dövründə tanış olan və evlilik münasibətlərini sevməyə və taclandırmağa başlayan ikili, Almeda Abazinin 29, Tolqahan Sayışmanın isə 40 yaşı var.

Aytac Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə