Sərxoş vəziyyətdə tutulan Türkiyəli model Ece Sükanın sürücülük vəsiqəsi ələ keçirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Türkiyənin ən cazibədar qadınlarından olan Ece Sükan, ötən axşam Bebek Luccada təşkil edilən bir ziyafətə qatılıb. Partidən sonra avtomobilinə minərək məkanı tərk edən Ece Sükan Etilerdə polis tərəfindən yaxalanıb. İçkili olduğu görünən Sükan jurnalistləri görəndə polisin spirt sayğacına üfürməmək üçün müqavimət göstərib. Hadisəli gecənin sonunda keçmiş model yaxın dostuna zəng vurdu və sonra evinə getdi.
Qeyd edək ki, polis 44 yaşındakı Sükanı spirt sayğacı cihazına üfləməyi imtina etdikdən sonra köhnə modelin sürücülük vəsiqəsi iki il müddətinə əlindən alınıb.
Aytac Əliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB