Səhnədə və gündəlik həyatda şişirdilmiş lüks xərcləri və təmtəraqlı geyimləri ilə gündəmə gələn Cardi B Paris Moda Həftəsinin qonaqları arasında olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, doğumdan sonra yağ çıxardığı iddiaları ilə gündəmə gələn məşhur reperin maraqlı geyim tərzindən güzəştə getmədiyi görülüb. Paris Moda Həftəsinə yaşıl paltarı ilə qatılan Cardi B sosial mediada çox danışılıb. Bəzi izləyicilər məşhur repçini bu geyimdəki cizgi filmi personajına bənzədərkən, bir istifadəçi "Ciddi ola bilməzsən! Cardi B-nin geyiminin detallarına bax, qəşəngdir!", tənqidlərə belə cavab verib.
Qeyd edək ki, Cardi B tədbirdə bənövşəyi və sonra yaşıl rəngli oxşar geyimlər geyinməyi üstün tutub.
Aytac Əliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB