Vaikule “yüngül bir narkoman”mış..

Rus və latviyalı müğənni Laima Vaikule “yüngül bir narkoman” olduğunu etiraf edib. Müğənni nikotinin təsirinə həssas olduğunu etiraf edib.

“Teleprogramma.pro” xəbər verir ki, hazırda 67 yaşında olan Vaikule siqaretdən imtina etmək istədiyini, ancaq bəyəndiyi üçün bunu edə bilməyəcəyini söyləyib.

Vaikule, “qadınların ən böyük faciəsi, hər zaman özlərindən narazı qalmalarıdır. Mən də istisna deyiləm. Arxiv videolarını izləmək və qiymətləndirmək üçün bir fürsətin olması yaxşıdır”-deyə bildirib.

Qeyd edək ki, bundan əvvəl Vaikule "Laskoviy May" qrupunun işini tənqid etmişdi. O qrupun əsas hit musiqisini "moronlar üçün" yazıldığını bildirmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...