Müğənni Oğuzhan Koçun sevgilisi gözəl aktrisa Demet Özdemir geyim tərzi ilə diqqət çəkib. SİA xarici mətbuata istinadən xəbər verir ki, gözəlliyi ilə diqqət çəkən Demet Özdemirin geyimi və sandaletinin qiyməti ortaya çıxıb.
Geydiyi və paylaşdığı şeylərin reklam üçün olduğu və bu əşyalara görə pul ödəmədiyi deyilsə də, Özdemirin etdiyi hər şey haqqında günlərlə danışılır. Aktrisa bu yaxınlarda sarı libası ilə gündəmə gəlmişdi.
"Fenomenlər nə geyinir?" səhifəsi Özdemirin paltarının qiymətini paylaşıb. 4 min 863 TL libasının altından 345 TL-lik sandalet geyinən Özdemir stili ilə özündən söz etdirib.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə