Məşhur aktyorun 48 yaşlı gənc qaynanası - FOTOLAR

Məşhur türk aktyor Tolgahan Sayışmanın həyat yoldaşı Almeda Abazinin bacısı İlda Abazi bu yaxınlarda "Fənərbaxça" basketbolçusu Kenan Sipahi ilə evlənib. SİA xarici mətbuata istinadən xəbər veirir ki, Tolgahan Sayısmanın qayınanası, 48 yaşlı Albana Abazi gözəlliyi ilə hər kəsi valeh edib.

Almeda Abazi bacısının toyundan çəkilmiş şəkilləri "Sizi çox sevirəm, əzizlərim, bir ömür boyu xoşbəxt olun" qeydi ilə paylaşıb. Uzun müddətdir birlikdə olan Kenan Sipahi-İlda Abazi cütlüyünü xoşbəxt günlərində ailələri və dostları tək qoymadılar.

Toyun şahidi olan aktyor Tolgahan Sayışmanın qayınanası Albana Abazi ilə toyda çəkdirdiyi poza sosial mediada gündəmə çevrildi. “İnstaqram” hesabında həm kürəkəni, həm də 29 yaşlı qızı Almeda Abazi ilə şəkillərini yerləşdirən 48 yaşlı Albana Abazi gözəlliyi ilə adından söz etdirməyi bacarıb. Sosial media istifadəçiləri, gözəl Almeda Abazinin anası Albana Abaziyə "Super qayınana" olaraq tərifləyici şərhlər yazıblar.

Qeyd edək ki, Almedə və Tolgahan 2017-ci ildə evlənib. Cütlüyün iki övladı var.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə