Bergüzar Korel və Halit Ergenç hazırda üçüncü övladlarının dünyaya gəlməsini həyacanla gözləyir. SİA xarici mətbuat orqanına istinadən xəbər verir ki, oğulları Əli və Xandandan sonra məşhur cütlük indi qız uşaqlarının dünyaya gəlməsini gözləyir. Cütlük qızlarının adının Leyla olacağını açıqlayıb. Uşaqlarının fotolarını sosial mediada paylaşmayan Bergüzar Korel, getdikləri çimərlikdə uşaqlarının şəkillərini uzaqdan icazəsiz çəkən vətəndaşlara qarşı üsyan qaldırıb. "İnstaqram"da Korel, anlayış göstərərək uşaqlarının şəkillərini çəkməyən mətbuat işçilərinə təşəkkür edib.

Məşhur aktrisa icazəsiz heç bir uşağın fotoşəkilinin və ya videosunun çəkilə bilməyəcəyini qeyd edərək bu ifadələri paylaşıb: "Mətbuatdakı dostlarımız bir gün əvvəl ailəlikcə getdiyimiz çimərlikdə həssaslığımızı anlayıb övladlarımızın şəkillərini çəkib yaymadılar, lakin ictimaiyyətdən bir çox insan Xan və Əlinin şəkillərini çəkib yayıblar. Mətbuatın ictimai yerdə çəkdiyi foto və ya videomuz haqqında bir şey deyə bilmərəm. Amma onlar belə çəkmədilər. Heç bir uşağa icazəsiz toxunmayın. Onların fotolarını və ya videolarını çəkməyin. Bunu etmək hüququnuzun olmadığını bilin”.

Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə