Məşhur müğənni konsertdən sonra əsəbləşdi

Məşhur müğənni Murat Dalkılıç çimərlikdə səhnəyə çıxıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, konsertdən sonra jurnalistlərlə söhbət edən Dalkılıç, münasibətləri ilə bağlı suallara əsəbləşib və bunları deyib: "Məndən bir şey soruşacaqsan, həqiqəti soruş".

Çimərlikdəki konsertindən sonra jurnalistlərə açıqlama verən müğənni Murat Dalkılıç, səhnəyə çıxmağı uzun müddətdir ki, arzuladığını və ən yaxşısını etməkdən ötrü çox darıxdığını deyib. Dalkılıç bunları da əlavə edib: “İnsanlar əylənməyə can atırlar. Onların bu istəklərini problemlərinə şəfa verəcək şəkildə yerinə yetirməyə çalışırıq"

37 yaşındakı Dalkılıç, münasibətləri barədə soruşulduqda, belə cavab verib:"Məndən bir şey soruşursansa həqiqəti soruş!". Müğənni sözlərinə belə davam edib: "Mənə doğru sualı verməsən cavab verməyəcəm! İstəmədiyim sualı verəndə cavab verməyəcəm. İstəsəm deyəcəm. Bunu unutma, yaxşımı? Uzun illərdir ki, görüşürük. Düzünü deyəcəm, amma nə vaxt istəsəm".

Dalkılıç suallara əsəbləşərək belə deyib: "Allah xatirinə nə edəcəksən?" . Daha sonra o, çıxıb gedib. Bu vaxt mühafizəçilər kameraların şəkil çəkməsinin qarşısını alıb.

Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə