Sevgilisi tərəfindən döyülən modelin son halı

İstanbulun Beşiktaş şəhərində bir gecə klubunda əylənməyə gedən model Gizem Akbaş keçmiş sevgilisi Mücahit İsmail Ayta tərəfindən vəhşicəsinə döyülüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, model Gizem Akbaş əylənmək üçün dostları ilə bir gecə klubuna gedib. Burda o, şəkillər çəkdirib və sosial mediada paylaşıb. Şəkilləri görən keçmiş sevgilisi də eyni yerə gedib.

Gənc qadının masadan qalxıb tualetə getdiyini görən Mucahit İsmail Ayta qəfildən Gizem Akbaşın üzünə yumruq vurub. Burnu qırılan Akbaş yerə yıxılanda əl çəkməyən köhnə sevgilisi dayanmayaraq ona yerdə zərbələr endirməyə davam edib.

Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə