Şeyma Subaşının bacısı Acunu ad gününə dəvət etdi

Övladlarından birinin anası Şeyma Subaşı ilə boşanan Acun Ilıcalı, uzun müddət özündən 30 yaş kiçik Ayça Çağla Altunkaya ilə sevgilidir. SİA xarici mətbuata istinadən xəbər verir ki, sevgilərini elan etdikdən sonra tez-tez görünən cütlük son hərəkəti ilə hər kəsi təəccübləndirib.

Bu yaxınlarda Acun Ilıcalını qızının ad gününə dəvət edən və sosial media hesabından bir şəkil paylaşan Şeyma Subaşının bacısı Kübra Açıl bu dəfə Ilıcalının sevgilisi ilə tətilə çıxıb. Açıl və Altunkaya, Alaçatı küçələrində alış-veriş edərkən qız-qıza fotoşəkil də çəkdiriblər.

Şeyma Subaşının böyük bacısının Ilıcalının sevgilisi ilə tətilinə necə reaksiya göstərəcəyi maraq mövzusu olub.

Kübra Açıl əvvəlki gün qızının ad gününü evində qeyd etmiş və Acun Ilıcalını da dəvət edib. "İnstaqram" hesabında həyat yoldaşı Acun Ilıcalı, Melisa və qızı ilə şəklini yayımlayan Açıla yazılan şərhlərdən ilk bacısı Şeyma Subaşı tərəfindən yazılıb. Belə ki, Subaşı, Ilıcalı və qızı ilə fotoşəkilə gülümsəyən bir ürək emojisi qoyub.

Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...