Alişanın qardaşı vəfat edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, koronavirus tutan müğənni Alişanın qardaşı Selçuk Tektaş, vəziyyəti ağırlaşdıqda reanimasiyaya yerləşdirilib. Üç həftə reanimasiya şöbəsində müalicə alan qardaşı Selçuk Tektaş vəfat edib.

Alişan "İnstaqram" hesabında açıqlama verib. Prezident Rəcəb Tayyib Ərdoğan sənətçi Alişanla telefonda danışıb və qardaşı Selçuk Tektaşın vəfatı ilə əlaqədar ailəsinə və dostlarına başsağlığı, Selçuk Tektaşa isə Allahdan rəhmət diləyib.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə