Aktrisa Braziliya bikinisi ilə dənizdə

Aktrisa Braziliya bikinisi ilə dənizdə

Son dəfə, “Mucize Doktor” seriyalında həyat verdiyi Beliz obrazı ilə tamaşaçıların qarşısına çıxan məşhur aktrisa Hazal Türesan, bir gün əvvəl Bodrumda Mgallery-də görünüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Bodrumda qaldığı oteldə dənizdən zövq alan aktrisa Hazal Türesan, Braziliya bikinisi ilə maraq dolu baxışların mərkəzinə çevrilib.

FOX TV-də yayımlanan "Mucize Doktor", 27 may cümə axşamı günü son bölümü ilə ekrana gəlib. Serialın gözəl aktrisaları Hazal Türesan, Merve Bulut, Hayal Köseoğlu və Sinem Ünsal son bölümdən sonra birlikdə tətilə çıxıblar.

Tətildə dənizdən və günəşdən zövq alan Sinem Ünsal, Hayal Köseoğlu, Hazal Türesan və Merve Bulut sosial mediada çox sayda foto paylaşıblar.

Sinem Ünsal “İnstaqram” hesabının hekayə hissəsində yayımladığı fotoya “Özümüzü bikinidə yaxaladıq” şərhini yazıb.

Digər tərəfdən Hazal Türesan, "Sizi siz edən ən böyük xüsusiyyət nədir?" sualına bu cavabı verib: "Yaxınlarım mənə həddindən artıq məsuliyyətlisən" deyirlər. Səbirsizəm, açıq danışıram, sadəcə içimdəkiləri söyləyirəm”.

“Böhran dövründə çölə qarşı da soyuq bir münasibətim var. Özümü o qədər tənqid edirəm ki, tərifləməyə vaxtım belə olmur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə