Sevgilisinə gələn çirkin mesajları açıqladı FOTOLAR

Sevgilisinə gələn çirkin mesajları açıqladı FOTOLAR

"Camdakı Qız" filmindəki "Tako" obrazına həyat verən aktyor Hamza Yazıcı sevgilisi Şenay Forbes ilə Alaçatıda görüntülənib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Yazıcı sevgilisi ilə şəkillərinə gələn çirkin mesajları açıqlayıb.

Həyatında hər şeyin yaxşı olduğunu deyən aktyor qeyd edib ki, "Camdakı Qız” sezon finalına çıxıb. "Bir az tətil edib İstanbula dönəcəm" deyib. Şenay Forbes ilə münasibətlərindən danışan Həmzə Yazıcı "Mənə xarizmatiksən dedi. İlk addımı o atdı. Daha sonra mən da ona qarşı bir çox addım atdım” deyə bildirib.

Sosial media hesabından sevgilisi Forbesə ünvanlanan çirkin mesajları açıqlayan Həmzə Yazıcı "İnşallah, sizin də ailələrinizə bu cür şərhlər edərlər" deyərək üsyan edib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə