Məşhur cütlük suda eşq yaşadı - FOTOLAR

Məşhur cütlük suda eşq yaşadı - FOTOLAR

"Kuruluş Osman" serialında baş rolu oynayan türk aktyor Burak Özçivit, mövsümü aktrisa olan həyat yoldaşı Fahriye Evcen və oğlu Karanla açıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, tətil üçün Bodruma gedən ailə Torbadakı bir otelin çimərliyində görüntülənib.

Günorta saatlarında otelə daxil olan ailə dənizdən və günəşdən ləzzət alıb. Suda eşq yaşayan cütlük dənizdə bir-birlərinə sarılaraq sevgi dolu anlar keçiriblər.

Karanla vaxt keçirən Burak Özçivit və Fahriye Evcen çimərlikdə oyun oynadılar və xoş vaxt keçirirdilər. Karanın yuxuya getmə vaxtı gələndə xüsusi bir kabinetə köçürülüb və Fahriye Evcenlə Burak Özçivit özlərini sərin suya atıblar. Üzməyə gedərkən ərinin çiyninə söykənən Evcen kameralara belə əks olunub.

Burak Özçivitin lətifələrinə gülən Evcenin zövqünə deyəcək bir sözü yox idi. Dənizdə söhbət edən xoşbəxt cütlük Karan oyandıqdan sonra sudan çıxıb. Fahriye Evcen əllərini açıb Karana tərəf qaçıb. Arvadının ardınca sudan çıxan Burak Özçivit, ailəsi ilə birlikdə şezlonglarda xoş anlar keçirərək və oğlunu öpüşlərlə boğub.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə