Türk müğənni Simge Sağının adından açdığı saxta profillə iş adamları ilə cinsi əlaqəli yazışmalar edən Asil Nadir A-nın haqqında məhkəmə qərarı çıxarılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, məhkəmə təqsirləndirilən şəxsə 2 il 6 ay həbs cəzası verib.
Müğənninin vəkili Ayşegül Mermer, bu işin nümunə olacağını ifadə edərək, "Bu qərar istədiklərini edə biləcəyini düşünənlərə çox yaxşı bir cavab oldu. İndi insanlar fərdi məlumatları qanunsuz olaraq ələ keçirmək, yaymaq və pozmaq haqqında iki dəfə düşünəcəklər" dedi.
Asil Nadir A, Simge Sağından istifadə edirmiş kimi bir “Facebook” hesabı açıb. Müğənninin şəxsi məlumatlarını istifadə edən Asil Nadir A, saysız-hesabsız insanlara yazaraq və “WhatsApp”la danışaraq özünü Simge Sağın kimi təqdim edib. Türkiyənin qabaqcıl iş adamlarını da əhatə edən Asil Nadir A, iş adamlarından biri ilə yazışmalarında Sağının fotolarını paylaşıb və üz-üzə görüş təşkil edib.
Asil Nadir A, Ferruh T. ilə 13 dekabr 2019-cu ildə Simge Sağın olaraq danışmaq istəyib. Ferruh T. bu vəziyyətdən şübhələnib və vəziyyəti bildirmək üçün Simge Sağının mətbuat məsləhətçisi və meneceri Özgür Arasa zəng edib. Asil Nadir A. saxta “Facebook” hesabı ilə özünü başqa bir şəxsə Simge Sağın kimi təqdim edərək bəzi pornoqrafik şəkillər və videolar göndərib.
Türkiyə Beykoz Respublika Prokurorluğunun başlatdığı istintaqda, Asil Nadir A.-nın Simge Sağının “WhatsApp” profil şəkli çəkdirdiyi və özünü müğənni kimi təqdim etdiyi, üçüncü şəxslərlə cinsi əlaqəli söhbətlər etdiyi ifadə edilib.
Prokurorluq ittihamı qəbul etməyən şübhəlinin telefonunu Kiber Cinayətlə Mübarizə Şöbəsinə göndərib. İstintaq hesabatında Asil Nadir A.-nın 22 yanvar 2020 - 01 fevral 2020 tarixləri arasında Simge Sağın adına yaratdığı “WhatsApp” profili ilə özünü üçüncü şəxslərə müğənni kimi təqdim etdiyi və cinsi əlaqədə olduğu təyin olunub.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB